Bank Of Baku

“Üzeyir Hacıbəyli -125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində İsveçrənin “Amaltea” ansamblı konsert proqramı ilə çıxış edib – FOTO

“Üzeyir Hacıbəyli -125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində İsveçrənin “Amaltea” ansamblı konsert proqramı ilə çıxış edib – <font color=red>FOTO </font>
# 20 sentyabr 2010 16:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Üzeyir Hacıbəyli -125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində İsveçrənin “Amaltea” ansamblı bu gün Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, konsert proqramında “Violin və violençel” üçün duet, İris Szeghy “Soprano, fleyta və violençel üçün De Profundis”, Jürg Wyttenbach “Soprano və violençel üçün Dörd Kanzon və iki nonsens şeir, epiqpam və madriqal”, Daniel Fueterin “Soprano və klavir üçün şansonlar”, Firəngiz Əlizadənin əsərini və digər musiqilər ifa edilib.

Ansamblda beş musiqiçi – Eva Schvaar, Silvia Nopper, İsabelle Schnoller, Keiko Yamaguchi və Judith Gerster təmsil olunurlar.

Ansamblın üzvləri jurnalistlərə açıqlamalarında bildiriblər ki, bu, onların Azərbaycana ikinci səfəridir. Azərbaycan mədəniyyəti barədə danışan əcnəbi musiqiçilər bu musiqinin milli ənənələr üzərində qurulduğunu deyiblər: “Bizim qrup səkkiz il əvvəl yaranıb. Biz Azərbaycan musiqisinə sadəcə, heyranıq. Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməyi arzulayırıq”.

Qeyd edək ki, “Amaltea” ansamblının ifaçılıq üslubunun əsas səciyyəvi xüsusiyyəti diqqət və hissiyyatdır. Bu ansambl poeziya və incəsənət tədbirlərinin keçirilməsində də yaxından iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR