Bank Of Baku

Bakıda uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirilib - FOTO

Bakıda uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirilib - <font color=red>FOTO</font>
# 21 sentyabr 2010 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının 2009/2010-cu tədris ilinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. APA-nın məlumatına görə, müşavirədə çıxış edən Əbülfəs Qarayev məktəblərin nailiyyətlərindən, mövcud problemlərdən danışıb: “Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün gördüyümüz işlər kifayət deyil. Yeniləşmək, inkişaf etmək üçün daha çox işləmək lazımdır. Bu gün ölkəmizdə ümumilikdə 237 incəsənət məktəbi fəaliyyət göstərir. Mənim üçün hansı yubileyləri qeyd etməyiniz maraqlı deyil, müşavirədə də bunu təkrarlamağınıza ehtiyac yoxdur. Mənim üçün maraqlı odur ki, sizin rəhbərlik etdiyiniz məktəblərdə Azərbaycanın klassik müəllifləri necə təbliğ olunur? Eləcə də sizin məktəblərdə təhsil alan şagirdlərin neçəsini beynəlxalq səviyyəyə çıxara biləcəyik və neçə şagirdiniz məktəbi bitirdikdən sonra orkestrlərimizdə fəaliyyət göstərə biləcəklər, bunu deyin mənə. Bizim əsas iş prinsipimiz bu olmalıdır”. Nazir qeyd edib ki, bu sahədə də bəzi problemlər mövcuddur və bu müşavirə əsnasında bu məsələlər də müzakirə olunacaq.
Nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev respublikamızda bədii təhsilin inkişafı, uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, 2009/2010-cu tədris ilində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti, nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yolları ilə bağlı geniş məruzə ilə çıxış edib. Müşavirədə eləcə də gənc nəslin estetik tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, məktəblərin idarə olunması, təhsilin məzmunu və strukturu, zəruri təlim-tərbiyə metodları kimi məsələlər ətrafında fikir mübadilələri aparılıb.
İclasda Ə. Qarayev Nazirlər Kabinetinin “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə inkişaf Proqramı”nda - məktəblərin modernləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, məktəblərin idarə olunma və şagird hazırlığının keyfiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, təhsilin məzmunca yeniləşdirilməsi kimi məsələlərin həlli sahəsində tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR