Bank Of Baku

Zemfira Səfərovanın Üzeyir Hacıbəylinin 125 illiyinə həsr etdiyi “Ölməzlik” kitabı işıq üzü görüb

Zemfira Səfərovanın Üzeyir Hacıbəylinin 125 illiyinə həsr etdiyi “Ölməzlik” kitabı işıq üzü görüb
# 21 sentyabr 2010 10:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor, musiqişünas alim Zemfira Səfərovanın Üzeyir Hacıbəyliyə həsr olunmuş iki yeni kitabı işıq üzü görüb. APA-nın məlumatına görə, “Ölməzlik” (“Bessmertie”, “İmmortalitu”) adlanan iri kitabda müəllifin müxtəlif illərdə Bakıda, Moskvada, Türkiyədə dərc olunmuş Azərbaycan, rus və ingilis dillərində məqalələri toplanıb. Kitabın rəyçisi xalq artisti Fərhad Bədəlbəyli, redaktoru Nizami İbrahimovdur.

Z. Səfərovanın ötən illərdə yeddi dildə nəşr olunmuş “Üzeyir Hacıbəyov” kitabı son olaraq Belqradda serb dilində çap edilib. Kitabı serb dilinə Nina Poliç çevirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR