Bank Of Baku

Milli Kitabxanada “Üzeyir Hacıbəyli -125” mövzusunda dəyirmi masa keçirilib

Milli Kitabxanada “Üzeyir Hacıbəyli -125” mövzusunda dəyirmi masa keçirilib
# 21 sentyabr 2010 12:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubiley tədbiri silsiləsindən “Üzeyir Hacıbəyli -125” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə danışıb, dahi bəstəkarın xidmətlərindən danışıb. Tədbirdə fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyasının professoru (BMA) Mina Hacıyeva “Üzeyir Hacıbəylinin musiqi təfəkkürü”, sənətşünaslıq namizədi, BMA-nın professoru Cəmilə Həsənova “Üzeyir Hacıbəylinin yaradıcılığında milli musiqinin nəzəri əsaslarının tədqiqi məsələləri”, eləcə də sənətşünaslıq namizədi, BMA-nın dosenti Turan Məmmədəliyeva “Üzeyir Hacıbəylinin elmi fikirləri musiqi təhsilində” mövzusunda məruzə ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR