Bank Of Baku

Respublika Uşaq Kitabxanasının yeni binasının açılış mərasimi keçirilib – FOTOSESSİYA

Respublika Uşaq Kitabxanasının yeni binasının açılış mərasimi keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 21 sentyabr 2010 16:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 21-də Bakıda Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni binasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, müasir tələblərə cavab verən yeni kitabxana binası həm uşaqları, həm də valideynləri razı salacaq. O, ölkədə kitabxana şəbəkəsinin daha da daha təkmilləşəcəyini və müasirləşəcəyini söyləyib.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq F. Köçərli adına Respublika Uşaq Kitabxanası yeni binaya köçürülüb, kitabxana müasir səviyyədə təmir edilib, inventar və avadanlıqlarla təmin olunub. Kitabxanada nağıl otaqları, incəsənət otağı, böyük və kiçik oxu zalları, elektron resurslar bölməsi, multimedia, internet-resurs mərkəzləri yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR