Bank Of Baku

Bakıda pianoçuların beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək

Bakıda pianoçuların beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək
# 23 sentyabr 2010 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 1-dən 10-na qədər Bakıda Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların “Fortepiano Qara Qarayev yaradıcılığında” I Beynəlxalq elmi-ifaçılıq konfransının keçirilməsi planlaşdırılır. Müsabiqə və konfransı Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Bakı Musiqi Akademiyasının bazası əsasında Təhsil Nazirliyi təşkil edir.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirlər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub. Dünya təcrübəsində analoqu olmayan bu müsabiqə və konfransların məqsədi Qara Qarayevin fortepiano yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşəcək. Hər bir yaş qrupu üzrə mükafat yerlərini tutan qaliblər “Beynəlxalq müsabiqə laureatı” adına layiq görüləcək. Diplom alan şəxslərə “Beynəlxalq müsabiqə diplomantı” adı veriləcək.

Laureatlar Bakı Musiqi Akademiyasının Böyük zalında keçiriləcək yekun konsertdə iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin sədri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR