Bank Of Baku

Azərbaycan Rus Dram Teatrı beynəlxalq teatr festivalında mükafat qazanıb

Azərbaycan Rus Dram Teatrı beynəlxalq teatr festivalında mükafat qazanıb
# 24 sentyabr 2010 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Səməd Vurğun adına Azərbaycan Rus Dram Teatrı “Teatr. Çexov. Yalta” adlı III beynəlxalq teatr festivalında mükafat qazanıb. Teatrdan APA-ya verilən məlumata görə, gənc aktrisa Anaida Rostovskaya Zadornova “Ər almaq istəyirəm” tamaşasında parlaq gənc qadın rolunu ifadə etdiyi üçün xüsusi mükafat alıb.

Bu il festivalın işində Azərbaycandan başqa Ukrayna, İtaliya, Rusiya, Litva, Moldova, Sinqapur, Almaniya, İsrail və İspaniyadan 10 kollektiv iştirak edib. Azərbaycan Rus Dram Teatrı artıq növbəti ildə festivala dəvət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR