Bank Of Baku

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri İçəri Şəhərlə tanış olublar

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri İçəri Şəhərlə tanış olublar
# 25 sentyabr 2010 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti İçəri Şəhərdə olub. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, gəzinti zamanı qonaqlara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bir neçə min illik tarixə malik, ölkəmizin ən möhtəşəm abidələrindən olan, Bakının rəmzi Qız Qalasının xüsusiyyətləri barədə zəngin məlumat qonaqların diqqətinə çatdırılıb. İçəri Şəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki daş ekspozisiya ilə tanışlıq zamanı bu işlərin ən müasir beynəlxalq tələblərə uyğun həyata keçirilməsi qeyd olunun. İtaliyalı qonaqlara Qoşa Qala Qapıları, həmçinin Qoşa Qala Qapıları meydanı və Qala divarlarının tarixi barədə geniş məlumat verilmişdir. Gəzintinin davamında qonaqlara “Şirvanşahlar Sarayı Kompleksi”nin tikinti tarixindən, kompleksə daxil olan Şah Sarayı, Divanxana kimi abidələrdən bəhs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR