Bank Of Baku

İranla Azərbaycan arasında mədəniyyətin bir çox sahələrində əməkdaşlığa dair xüsusi işçi qrupu yaradılacaq

İranla Azərbaycan arasında mədəniyyətin bir çox sahələrində əməkdaşlığa dair xüsusi işçi qrupu yaradılacaq
# 27 sentyabr 2010 16:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İran İslam Respublikasında səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün İran prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvi ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin katibi İntiqam Hümbətov İrandan APA-ya bildirib ki, görüşdə İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyəti, qarşılıqlı mədəniyyət mübadilələrinin rolu xüsusi vurğulanıb. Görüşdə iki ölkə arasında mədəniyyətin müxtəlif - kitab nəşri, kino, nəşriyyat işi sahəsində, incəsənət xadimlərinin qastrollarının və sərgilərin təşkili əməkdaşlıq məsələləri də müzakirə edilib. Görüş zamanı İran və Azərbaycanın birgə film istehsalı ilə bağlı razılıq əldə olunub və İranla Azərbaycan arasında 2013-cü ilə qədər mövcud olan mədəni əməkdaşlıq haqqında protokolun icrası ilə əlaqədar xüsusi işçi qrupunun yaradılması barədə razılığa gəlinib, bununla əlaqədar müvafiq tapşırıqlar verilib. Bununla bərabər, danışıqlar nəticəsində İran və Azərbaycan klassiklərinin əsərlərinin həm Azərbaycan, həm də fars dilində nəşr olunub yayılması barədə də razılıq əldə olunub

İ. Hümbətov deyib ki, sentyabrın 26-da Azərbaycan nümayəndə heyətinin İranın islam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyni və İran prezidentinin müavini, Turizm, Mədəni İrs və Əl Sənayesi Təşkilatının sədri Həmid Bəqayi ilə görüşləri olub. Görüşlərdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İranda ilk dəfə Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini diqqətə çatdıran Ə. Qarayev qarşılıqlı mədəni tədbirlərin əhəmiyyətindən danışıb.

Mədəniyyət günlərinin Tehran və Təbriz şəhərlərində keçiriləcəyini diqqətə çatdıran nazir növbəti belə mərasimlərin Ərdəbil və İsfahan şəhərlərində də təşkil olunmasını arzu etdiklərini qeyd edib. H. Bəqayi ilə görüşdə Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişaf perspektivlərindən bəhs edən Ə. Qarayev deyib ki, hər il İrandan Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 10% artır: “Azərbaycanda turistlərin səmərəli istirahəti üçün beynəlxalq standartlara uyğun şərait yaradılıb”.

Ölkələrimiz arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan İran rəsmiləri Azərbaycanla xoş münasibətlər qurulmasına xüsusi əhəmiyyət verildiyini və bu sahədə çox şaxəli əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR