Bank Of Baku

Bakıda “Tarixi-mədəni irsin qorunması və təbliği problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakıda “Tarixi-mədəni irsin qorunması və təbliği problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
# 28 sentyabr 2010 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində “Tarixi-mədəni irsin qorunması və təbliği problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransa azərbaycanlı mütəxəssislərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və İrandan gəlmiş alimlər də qatılıb. Tədbirə Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtəgin Salamzadə və Qazaxıstan Memarlıq-İnşaat Akademiyasının professoru Gülnarə Abdrasilova sədrlik edib.

Konfransda müxtəlif mövzularda məruzələr dinlənilib. Həmçinin UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş İçərişəhər qoruğunun memarlıq abidələrinin konservasiyası metodları, tarixi-memarlıq irsinin beynəlxalq dərketmə turizminin inkişafında rolu, şəhər mühitinin dizaynında tarixi-mədəni irsin təbliğinin üzərinə düşən vəzifələrlə bağlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR