Bank Of Baku

Azərbaycanlı rejissor Moskvada keçiriləcək beynəlxalq kinofestivala dəvət edilib

Azərbaycanlı rejissor Moskvada keçiriləcək beynəlxalq kinofestivala dəvət edilib
# 28 sentyabr 2010 13:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı rejissor Murad Muradov Moskvada keçiriləcək 30-cu ənənəvi Beynəlxalq VGİK kinofestivalına dəvət edilib. APA-nın məlumatına görə, festivalda M. Muradovun “O kimdir?” filmi də iştirak hüququ qazanıb. Festival oktyabrın 25-də başlayacaq və 30-na qədər davam edəcək.

8 dəqiqə 16 saniyədən ibarət olan filmin ssenari müəllifi, quruluşçu rejissoru və operatoru Murad Muradovdur. Film bu il “Azərbaycan ailəsi -2” film festivalında Mədəniyyət və Turizm Nazirliyinin “Milli adət -ənənələrin ən yaxşı ifadəsinə görə” nominasiyasında mükafat və diplom qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR