Bank Of Baku

Kinorejissor Lətif Səfərovun 90 illiyi qeyd olunacaq

Kinorejissor Lətif Səfərovun 90 illiyi qeyd olunacaq
# 29 sentyabr 2010 13:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 6-da Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Lətif Səfərovun 90 illiyi qeyd ediləcək. Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya bildirib ki, Muzey Mərkəzində keçiriləcək tədbirdə foto-sərgi də təşkil olunacaq. Sərgidə bu günə qədər işıq üzü görməyən fotoların da nümayişinin təşkili nəzərdə tutulur. Bu foto-sənədlər fonda Lətif Səfərovun qohumları tərəfindən təqdim olunub.

Qeyd edək ki, Lətif Səfərov “Bəxtiyar”, “Doğma xalqımıza”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə rejissorluq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR