Bank Of Baku

Qarabağ Fondunun təşkilatçılığı ilə Azərbaycanda “Mənim Şuşam” adlı sərginin açılışı keçirilib - FOTOSESSİYA

Qarabağ Fondunun təşkilatçılığı ilə Azərbaycanda “Mənim Şuşam” adlı sərginin açılışı keçirilib -  <font color=red>FOTOSESSİYA   </font>
# 30 sentyabr 2010 15:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Vaşinqtondakı Qarabağ Fondunun təşkilatçılığı ilə gənc rəssam Həlimə Ələsgərovanın “Mənim Şuşam” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə rəhbəri Tural Kərimov “Mənim Şuşam” sərgisinin fondun Azərbaycanda keçirdiyi ilk tədbir olduğunu vurğulayıb: “Fondumuzun keçirdiyi ilk tədbir məhz Qarabağla, Şuşayla bağlı olmalı idi. Bunun üçün də “Mənim Şuşam” sərgisi ən uyğun tədbir olaraq seçildi”.

T. Kərimovun sözlərinə görə, bu sərgi noyabrda Vaşinqtonda da açılacaq. Həmin ay Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim Qarabağım” sərgisi də keçiriləcək. Bunlarla yanaşı Qarabağ Fondu gələn ilin mart ayında Amerikada Azərbaycan ayının qeyd olunmasını da planlaşdırır. Fondun Avropa və MDB ölkələri üzrə rəhbəri artıq bununla əlaqədar onlara müraciət olunduğunu diqqətə çatdırıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında 23 yaşlı Həlimə Ələsgərovanın yaradıcılığından söhbət açıb və onun bu işi yüksək peşəkarlıqla həyata keçirdiyini vurğulayıb. Nazir müavini, əslən Şuşadan olan, Bakıda dünyaya göz açan Həlimənin əsərlərində Şuşanın əlvan boyalarla əks olunduğunu söyləyib.
Millət vəkili Qənirə Paşayeva da çıxışında bu gənc rəssamın əsərlərini yüksək qiymətləndirib və ona gələcək yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, “Mənim Şuşam” sərgisində rəssamın 30-a qədər əsəri nümayiş olunub. sərgi 3 gün davam edəcək.
Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR