Bank Of Baku

Antalyada UNESCO-nun ekspert görüşü keçirilib

Antalyada UNESCO-nun ekspert görüşü keçirilib
# 01 oktyabr 2010 09:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin Antalya şəhərində “Qeyri-maddi mədəni irs təhsili” mövzusunda UNESCO-nun ekspert görüşü keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanı nazirliyin Qeyri-maddi mədəni irs sektorunun müdiri Y. Hüseynli təmsil edib.
Tədbirdə qeyri-maddi mədəni irs sahəsində formal və qeyri-formal təhsilin əhəmiyyəti, bu təhsilin müxtəlif aspektləri, qeyri-maddi mədəni irs sahəsində uşaq bağçalarından başlayaraq ali təhsil ocaqlarına qədər təhsil metodikalarının təkmilləşdirilməsi, milli qanunvericiliklərin inkişaf etdirilməsi, yerli mədəniyyət siyasətçilərinin, qeyri-hökumət təşkilatlarının, ustad-tələbə, ictimai mərkəzlər və kütləvi informasiya vasitələrinin rolu müzakirə edilib. Y. Hüseynli “Qeyri-maddi mədəni irs sahəsində təhsilin mənası” adlı təqdimatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR