Bank Of Baku

Nazirlik cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib

Nazirlik cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib
# 04 oktyabr 2010 09:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi uşaqlar üçün yüksək səviyyəli cizgi filmləri yaratmaq, kino dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədilə oktyabrın 1-dən dekabrın 15-dək uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin əsas şərti – ssenarilərin uşaqlar üçün maraqlı olmaqla milli motivlər və Azərbaycan xalqına məxsus mənəvi-əxlaqi dəyərlər üzərində qurulmasıdır. Birinci yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə çəkiləcək. Müsabiqənin reqlamentinə görə 2 ikinci və 3 üçüncü yerləri qazanmış müəlliflərin hər birinə müvafiq olaraq 500 və 300 manat mükafat veriləcək. Müsabiqəyə təqdim olunan ssenarilər 10 dəqiqəlik cizgi filmi üçün nəzərdə tutulmalı, ssenarinin həcmi 14 ölçülü “Arial” şrifti ilə üç səhifəyə qədər olmalıdır. Qaliblərin adları dekabrın 28-dək açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR