Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycan Soçi Olimpiadasının mədəniyyət proqramında məmnuniyyətlə iştirak edərdi”

Əbülfəs Qarayev: “Azərbaycan Soçi Olimpiadasının  mədəniyyət proqramında məmnuniyyətlə iştirak edərdi”
# 04 oktyabr 2010 15:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycan 2014-cü ildə Soçidə keçiriləcək Olimpiadanın mədəniyyət proqramında məmnuniyyətlə iştirak edərdi”. APA-nın «İTAR-TASS»-a istinadən verdiyi məlumata görə, bunu bu gün Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Moskvada MDB ölkələri mədəniyyət nazirləri Şurasının 25-ci yubiley toplantısından sonra “Şuranın “Olimpiada-2014”-lə bağlı birgə planları varmı” sualını cavablandırarkən deyib.
Nazir əlavə edib ki, 2012-2013-cü illərdə Azərbaycanda Şahdağ dağ xizək kurortu inşa ediləcək. Bu kurort ildə 5 min turisti qəbul etmək imkanına malik olacaq: “Ümid edirəm ki, müxtəlif ölkələrin nümayəndə heyətləri öz idmançılarının oyunlara hazırlamaq məqsədi ilə bu kurortdan istifadə edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR