Bank Of Baku

“Böyük səhnəyə yol” adlı layihə çərçivəsində xeyriyyə konserti keçirilib - FOTO

“Böyük səhnəyə yol” adlı layihə çərçivəsində xeyriyyə konserti keçirilib - <font color=red>FOTO</font>
# 05 oktyabr 2010 13:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayının sənətdə yeni addımlarını atan istedadlı gənclərə yol açmaq və onları üzə çıxararaq Azərbaycan musiqi sənətini daha da zənginləşdirmək məqsədilə həyata keçirdiyi “Böyük səhnəyə yol” adlı layihə çərçivəsində xeyriyyə konserti olub. Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xeyriyyə tədbirləri Bakının Mərdəkan qəsəbəsinin Şağan kəndində yerləşən 3 saylı uşaq internat evində və Şüvəlan qəsəbəsində yetim və valideyn himayəsi olmayan uşaqlar üçün respublika yardımçı internat məktəbində keçirilib.
Tədbirdə əməkdar artist Aybəniz Haşımovanın rəhbərliyi ilə 4 istedadlı ifaçı - Məhin Hümbətova, Çingiz Mustafayev, Tural Salmanov, Kamil Cəfərov iştirak edib. Heydər Əliyev Sarayı gənc ifaçılara dəstək məqsədilə bu layihəni Azərbaycanın bir sıra bölgələrində də həyata da keçirməyi nəzərdə tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR