Bank Of Baku

Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışacaq

Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışacaq
# 06 oktyabr 2010 12:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi məşhur rusiyalı dirijor, Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Andrey Anixanovu teatrda çalışmağa dəvət edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Anixanovla bağlanmış bir illik müqavilə çərçivəsində o, klassik opera və balet tamaşalarını idarə edəcək, simfonik orkestrlə işləyəcək, solistlərlə fərdi şəkildə məşğul olacaq. A. Anixanovun bu mövsümdə ilk çıxışı oktyabrın 24-də olacaq. Həmin gün o, J. Bizenin “Karmen” operasının tamaşasının idarə edəcək. Bu tamaşada Opera və Balet Teatrının solistləri ilə birlikdə Karmen rolunda Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrının solist, həmyerlimiz Reqina Rüstəmova çıxış edəcək.

Opera və Balet Teatrının direktoru Akif Məlikov tanınmış dirijorun Azərbaycan teatrına dəvət edilməsini böyük hadisə adlandırıb: “Andrey Anixanov çox istedadlı bir dirijordur. O, uzun illər Musorqski-Mixaylovski adına Sankt-Peterburq Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. Yaponiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İspaniya, Portuqaliya, Polşa, Finlandiya, Böyük Britaniya və başqa ölkələrin simfonik orkestrlərinə uğurla dirijorluq edib. Əminəm ki, Andrey Anixanovun il ərzində bizim simfonik orkestr və solistlərimizlə birgə işi yaradıcı fəaliyyətimizin yüksəlməsinə səbəb olacaq və gözəl nəticələr verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR