Bank Of Baku

Səməd Vurğunun Ev Muzeyinin yaranmasının 35 illiyinə həsr olunmuş sərgi-tədbir keçirilib

Səməd Vurğunun Ev Muzeyinin yaranmasının 35 illiyinə həsr olunmuş sərgi-tədbir keçirilib
# 06 oktyabr 2010 12:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 6-da Səməd Vurğunun Ev Muzeyinin yaradılmasının 35 illiyinə həsr olunmuş tədbir və sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Səməd Vurğunun Ev-Muzeyinin direktoru Aygün Vəkilova muzeyin yaranma tarixinə və 35 il ərzində görülən işlərə nəzər salıb. O bildirib ki, Azərbaycanda ilk memorial muzey olan Səməd Vurğunun Ev-Muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılış mərasimi olub. Mərasimdə mərhum dövlət başçısı Heydər Əliyev də iştirak edib. Aygün Vəkilova açılış zamanı Heydər Əliyevin səsləndirdiyi çıxışı diqqətə çatdırıb. Daha sonra muzeyin açılışı ilə bağlı süjet nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Əli İsmayılov 35 il ərzində muzeydə elmi-tədqiqat işlərinin aparıldığını, kadrların hazırlandığını, müxtəlif maraqlı tədbir və sərgilərin keçirildiyini bildirib. Nazirlik rəsmisi onu da deyib ki, yaxın vaxtlarda Səməd Vurğunun Ev-Muzeyi əsaslı təmir olunacaq və muzeydə yeni ekspozisiya hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR