Bank Of Baku

Müslüm Maqomayev adına I Beynəlxalq Musiqi Müsabiqəsində Azərbaycanı Cavid Səmədov və Samir Cəfərov təmsil edəcək

Müslüm Maqomayev adına I Beynəlxalq Musiqi Müsabiqəsində Azərbaycanı Cavid Səmədov və Samir Cəfərov təmsil edəcək
# 06 oktyabr 2010 12:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 23-24-də Rusiyanın paytaxtı Moskvada Müslüm Maqomayev adına I Beynəlxalq Musiqi Müsabiqəsi keçiriləcək. Müsabiqədə münsiflər heyətində təmsil olunan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli APA-ya bildirib ki, müsabiqədə Azərbaycanı tenorlar Cavid Səmədov və Samir Cəfərov təmsil edəcək. Müsabiqə iki mərhələdə – öncə opera, sonra estrada janrında keçiriləcək. Proqrama M. Maqomayevin ifa etdiyi əsərlər daxil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR