Bank Of Baku

Tahir Salahova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib - FOTO

Tahir Salahova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 06 oktyabr 2010 14:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Rusiyanın Azərbaycandakı səfirliyində Tahir Salahova həsr olunmuş “Ürəyi ilə çəkən rəssam” (Xudojnik, risuyuşşiy serdtsem) adlı sənədli filmin təqdimatı olub. APA-nın xəbərinə görə, Ziya Şıxlinskinin çəkdiyi filmdə Qara Qarayevin musiqilərindən istifadə edilib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin nümayişdən əvvəl deyib ki, T. Salahov haqqında filmin ilk dəfə səfirlik binasında – freskalarını bu məşhur rəssamın çəkdiyi məkanda nümayişi əlamətdar faktdır. O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafında T. Salahovun yaradıcılığının mühüm rol oynadığını söyləyib.

Rəssamın özü isə filimin uğurlu alındığını dilə gətirib: “Lakin buna tamaşaçı qərar versə yaxşıdır”.

Tədbirdə məşhur yazıçılar Anar, Çingiz Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR