Bank Of Baku

Bölgə teatrlarında kadr dəyişiklikləri edilib

Bölgə teatrlarında kadr dəyişiklikləri edilib
# 07 oktyabr 2010 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə teatr islahatlarının növbəti mərhələsinə başlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölgə teatrlarının fəaliyyətini yaxşılaşdırmaq üçün yeni kadr təyinatları həyata keçirilib.

Gümrah Ömərov Gəncə Dövlət Dram Teatrının baş rejissoru, Oruc Qurbanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Həsən Həsənov Mingəçevir Dövlət Dram Teatrının direktoru, Günay Səttarova Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru təyin ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR