Bank Of Baku

Bəstəkarlar İttifaqı İdarə Heyətinin iclası keçirilib

Bəstəkarlar İttifaqı İdarə Heyətinin iclası keçirilib
# 07 oktyabr 2010 14:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclas ittifaqda ilin ilk yarısında həyata keçirilən işlərə və qarşıdakı tədbirlər planına həsr olunub. ABİ sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, bu ilin son rübündə tanınmış bəstəkarlar Sevda İbrahimovanın 70, Ruhəngiz Qasımovanın 70, Telman Hacıyevin 80 illiyinə həsr olunmuş xatirə gecələri keçiriləcək. Oktyabrın 27-31-də xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş festival çərçivəsində oktyabrın 27-də ABİ-nin Konsert Salonunda Kamera konserti, oktyabrın 28-də Filarmoniyada Simfonik Konsert, oktyabrın 30-da Musiqili Komediya Teatrında “Aldın payını çağır dayını” tamaşası, oktyabrın 31-də Opera və Balet Teatrında “Natəvan” operası nümayiş etdiriləcək. Bundan başqa, noyabr ayı üçün nəzərdə tutulmuş tədbirlər planında noyabrın 5-də Tofiq Quliyevin xatirəsinə həsr olunmuş sənədli filmin nümayişi, Azər Rzayevin 80, noyabrın 8-də isə xalq artisti Əfsər Cavanşirovun 80 illiyinə həsr olunmuş xatirə gecələrinin keçirilməsi də yer alıb.
Noyabrın 10-dan 25-dək isə “Ötən illərin mahnıları”- Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət II retro-musiqi festivalının II mərhələsi olacaq.
Noyabrda Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfrans, Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş “Üzeyi Hacıbəyli: Şərqin muğam-məqam sistemləri (müqayisəli təhlildə)” mövzusunda Beynəlxalq Konfransın keçirilməsi də planlaşdırılır.

Dekabr ayında isə “Ötən illərin mahnıları”- Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət II retro-musiqi festivalının III mərhələsi və Qala-konsert , Tofiq Bakıxanovun 80 illiyinə həsr olunmuş yubiley tədbirləri, Aida Tağızadənin, Ramiz Zöhrabovun kitablarının təqdimatı, İmruz Əfəndiyevanın 75 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi, Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert, “Müasirlərlə dialoq” layihəsi üzrə görkəmli baletmeysterlər - xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov ilə görüş nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR