Bank Of Baku

Bakıda Azərbaycan və Koreyanın milli musiqi gecəsi keçirilib

Bakıda Azərbaycan və Koreyanın milli musiqi gecəsi keçirilib
# 08 oktyabr 2010 08:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Koreyanın milli musiqi gecəsi keçirilib. APA-nın xəbərinə görə, gecə Koreyanın milli bayramı münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi, Azərbaycan-Koreya Mədəni Mübadiləsi Assosiasiyası (SEBA) və Koreya Fondu tərəfindən təşkil edilib.

Tədbiri açan Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci Ha bildirib ki, hər iki ölkə oxşar tarixə malikdir və coğrafi uzaqlığa baxmayaraq, Koreya qarşılıqlı maraq əsasında Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirməyə davam etmək fikrindədir. O, ikitərəfli əlaqələrin inkişafının göstəricilərindən biri kimi ölkələr arasında ticarət dövriyyəsinin artımını göstərib. Belə ki, 2005-ci ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 47 milyon dollar olduğu halda 2008-ci ildə bu göstərici 450 milyon dollara çatıb.

Azərbaycanın təhsil naziri Misir Mərdanov təbrik nitqi ilə çıxış edərək təhsil sahəsində ikitərəfli əlaqələrin güclənməsindən danışıb. O, hazırda 26 azərbaycanlı tələbənin Koreyada təhsil aldığını söyləyib.

Tədbirdə Koreya milli musiqi alətləri ilə Azərbaycan musiqisi səslənib. Gecəyə müğənni Aygün Bəylərin çıxışı ilə yekun vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR