Bank Of Baku

Azərbaycanın “Bir addım” filmi Hindistanda nümayiş olunacaq

Azərbaycanın “Bir addım” filmi Hindistanda nümayiş olunacaq
# 08 oktyabr 2010 09:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İmper” Qrup Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi noyabrın 24-də Hindistanın paytaxtı Yeni Dehli şəhərində nümayiş olunacaq. Filmin quruluşçu rejissoru Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, “Qısa film günləri” adlanan film festivalının proqramına son iki ildə dünyanın müxtəlif ölkələrində istehsal olunan və müxtəlif beynəlxalq festivallarda mükafat almış 40 film daxil edilib.

Festivalda filmi təmsil etmək üçün rejissor Fariz Əhmədov Hindistana dəvət olunub. Festivalda Azərbaycanla yanaşı, Amerika, Böyük Birtaniya, Rusiya, Fransa, İtaliya, İran, Hindistan, Norveç və digər ölkələrin kino məhsulları nümayiş etdiriləcək.

Xatırladaq ki, “Bir addım” qısametrajlı film 17-dən artıq ölkədə keçirilən 20 beynəlxalq festivalın musabiqə bölməsində Azərbaycanı təmsil edib. “Bir addım” ilin sonunadək film daha 4 beynəlxalq festivala dəvət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR