Bank Of Baku

Bu ay Lənkəran və Gəncədə kitabxana sistemlərinin direktorları üçün təlimlər keçiriləcək

Bu ay Lənkəran və Gəncədə kitabxana sistemlərinin direktorları üçün təlimlər keçiriləcək
# 11 oktyabr 2010 12:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün təlimlər təşkil edilir və onların kompüter bilikləri təkmilləşdirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlər respublikanın 3 regionu üzrə - Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində keçirilir. Artıq 5-9 oktyabr tarixlərində Sumqayıt şəhər İnformasiya Texnologiyaları Akademiyasında respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın 20 şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün təlimlər keçirilib. Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin sertifikatları verilib. Təlimlərdə kitabxana rəhbərləri kitabxanalarda tətbiq olunan informasiya texnologiyalarından və İnternet xidmətlərindən səmərəli istifadə, kitabxana resurslarının yaradılması, genişləndirilməsi və dünya informasiya məkanına çıxarılması və digər mövzularda öz biliklərini təkmilləşdiriblər. Təlimlər 12-16 oktyabr tarixlərində Lənkəran, 26-30 oktyabr tarixlərində Gəncə şəhərlərində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR