Bank Of Baku

Sankt-Peterburqda keçiriləcək beynəlxalq Kino festivalında Azərbaycan da təmsil olunacaq

Sankt-Peterburqda keçiriləcək beynəlxalq Kino festivalında Azərbaycan da təmsil olunacaq
# 11 oktyabr 2010 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 1-dən 5-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Bilik aləmi” beynəlxalq film festivalında Azərbaycan da təmsil olunacaq. APA-nın məlumatına görə, müxtəlif ölkələrin qatılacağı festivalda Azərbaycandan iki film - “Təxəllüsü Mixaylo” və “Azərbaycan xalçası” nümayiş olunacaq.

“Təxəllüsü Mixaylo” “Salnamə” kinostudiyasında, “Azərbaycan xalçası” isə “Yaddaş” studiyasının istehsal olunub. “Təxəllüsü Mixaylo” filminin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Tahir Əliyev, “Azərbaycan xalçası” filminin ssenari müəllifi Aydın Talıbzadə, rejissoru Şamil Əliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR