Bank Of Baku

“Onun ürəyi” nağıl müzikl animasiya filminin son çəkilişləri aparılır – FOTOSSESİYA

“Onun ürəyi” nağıl müzikl animasiya filminin son çəkilişləri aparılır – <font color=red>FOTOSSESİYA </font>
# 12 oktyabr 2010 08:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan “Onun ürəyi” nağıl müzikl animasiya filminin son çəkilişləri aparılır. “Art Qlobal Production”nın iştirakı ilə çəkilən animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Samir Kərimoğlu, filmin direktoru Mahir İbrahimov, bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyevdir. “Salnamə” Kinostudiyasından APA-ya verilən məlumata görə, tamaşaçılar ustalıqla işlənmiş qrafika, maraqlı tapıntılar və peşəkar aktyor komandasının ifasında xeyirlə şərin gərgin mübarizəsinin şahidi olacaqlar. Maraqlıdır ki, Azərbaycanda ilk dəfə olaraq komputer qrafikası ilə yaradılmış qəhrəmanları aktyorlar canlandırır. Kompüter qrafikasının tərtibat PanTurala məxsusdur. Gənc aktyor Murad Abdullayev, müğənnilər Aysel İbrahimova, Aygün Rəhimova, Aysel və Aytac İsayeva bacıları ilə yanaşı əməkdar artist Təvəkkül Əliyev animasiya filmində rol alıblar. Animasiya filminin muasir 3D formatlı kinoteatrlarda numayiş olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR