Bank Of Baku

Yaponiya müğənnisi Bakıda xeyriyyə konserti verəcək

Yaponiya müğənnisi Bakıda xeyriyyə konserti verəcək
# 13 oktyabr 2010 10:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-da Bakıda Yaşıl Teatr Konsert Kompleksində məşhur Yaponiya müğənnisi Kieko Koma və onun başçılıq etdiyi ansamblın iştirakı ilə xeyriyyə konserti olacaq. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, müğənni Kieko Koma yerli mətbuat nümayəndələri ilə də görüşəcək.
Müğənninin təmsil olunduğu “NPO KOMA” şirkəti müxtəlif ölkələrdə bu cür tədbirlər keçirir. Keçirilən konsertlər barədə həmin şirkət tərəfindən Yaponiya ictimaiyyəti arasında təbliğat işi aparılır, müxtəlif çap materialları, CD-lər hazırlanır, internet vasitəsilə yayımlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR