Bank Of Baku

Rəsul Rzanın 100 illiyinə həsr olunmuş V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək

Rəsul Rzanın 100 illiyinə həsr olunmuş V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək
# 14 oktyabr 2010 08:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 1-dən 3-dək Göyçay şəhərində Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” V Respublika Bədii Qiraət Müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, müsabiqədə 18 yaşından 30 yaşınadək hər bir şəxs iştirak edə bilər.
Müsabiqə iki tur üzrə – seçim turu (2 gün) və final (1 gün) - keçirilir. İştirakçılar müsabiqəyə qəzəl, şer, mənsum şer, poema, hekayə ilə bərabər Rəsul Rza poeziyasının nümunələrini də daxil etməlidirlər. Müsabiqənin qalibləri - I mükafat 500 manat və I dərəcəli diplom, II mükafat 300 manat və II dərəcəli diplom, III mükafat 250 manat və III dərəcəli diplom və hər biri 100 manat olan 3 həvəsləndirici mükafatla təltif olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR