Bank Of Baku

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
# 14 oktyabr 2010 13:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 26 oktyabr – 1 noyabr tarixlərində Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişə əsasən həyata keçirilir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət Günləri çərçivəsində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər, foto-sərgilər təşkil ediləcək. Mədəniyyət Günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha da yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyor-vokalisti Ramil Qasımov da Azərbaycan nümayəndə heyətinin tərkibində Mərakeşə yola düşəcək.
Ramil Qasımov teatrda tamaşaya qoyulan “Hələlik” (E.Sabitoğlu, R.Əhmədzadə), “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Şeytanın yubileyi” (O.Rəcəbov, A.Babayev), “Milyonçunun dilənçi oğlu” (S.Ələsgərov, Ş.Qurbanov), “Aldın rayını, çağır dayını” (V.Adıgözəlov, Anar), “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) kimi tamaşalarda əsas partiyaları ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR