Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında “Oliver Tvistin macəraları” tamaşasının premyerası olacaq

Gənc Tamaşaçılar Teatrında “Oliver Tvistin macəraları” tamaşasının premyerası olacaq
# 15 oktyabr 2010 13:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Oliver Tvistin macəraları” tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ç. Dikkensin eyni adlı əsəri əsasında səhnələşdirilən tamaşanın hazırlıq işlərinə hələ ötən teatr mövsümündən başlanılıb.

Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamları Fuad Qafarov, Elnur Babayev, bəstəkarı Aydın Əzimov, rejissor assisenti Elnur Kərimovdur. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur. Böyük aktyor heyətinin rol aldığı tamaşada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Nofəl Vəliyev, Leyli Vəliyeva, İlqar Cahangirov, Nübar Novruzova, Rafiq Hüseynov, Rahib Əliyev, Lətifə Əliyeva, Ayşad Məmmədov, Seyidşah Məmmədov, Qəmər Məmmədova, aktyorlar Roza İbadova, Nicat Kazımov, Atabala Səfərov, Məhərrəm Musayev, Asya Atakişiyeva, Nigar Məmmədova, Elnur Hüseynov, Elgün Yəhyayev, Güşvər Şərifova, Eyvaz İbrahimov, Yusif Dadaşov, Qurban İsmayılov, Vüsal Mehrəliyev, Rasim Cəfərov, İlham Əsədov, Elşən Şıxəliyev, İlkin Mehdiyev, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Zümrüd Hüseynova, Aybəniz Əhmədova, Fidan Abbasova, Elşən Rüstəmov və başqaları iştirak edirlər.

Tamaşanın premyerasının noyabrın 10-da keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR