Bank Of Baku

Gəncədə “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” beynəlxalq elmi konfransı keçiriləcək

Gəncədə “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” beynəlxalq elmi konfransı keçiriləcək
# 18 oktyabr 2010 08:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 21-22-də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda İKT-yə üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirlər tədqiq və müzakirə ediləcək. Konfransda Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir, Bəhreyn, Malayziya, İordaniya, Banqladeş, Qazaxıstan, Özbəkistan və İSESKO-dan nümayəndələrinin iştirakı nəzərdə tutulur. Azərbaycan tərəfindən isə tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyinin, “Millenium Turizm Congress” turizm şirkətinin nümayəndələri müvafiq mövzular üzrə təqdimatlar keçirəcəklər.
Konfransın açılışı oktyabrın 21-də “Ramada Plaza Ganja’” mehmanxanasında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR