Bank Of Baku

“Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq təlim keçiriləcək

“Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq təlim keçiriləcək
# 18 oktyabr 2010 09:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim keçirilməsi nəzərdə tutulur. APA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd mədəniyyət siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin düzgün işıqlandırılmasının təmin edilməsi, yerli jurnalistlərin hazırlıq səviyyəsinin artırılması, Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanlarla səmərəli əməkdaşlıq əlaqələri qurmasıdır.
Təlimlər 26-27 oktyabr tarixlərində keçiriləcək. İştirakçılara nazirlik tərəfindən sertifikatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR