Bank Of Baku

Azərbaycan Milli Kitabxanasının direktoru TÜRKSOY-un baş ofisində keçirilən görüşdə iştirak edib

Azərbaycan Milli Kitabxanasının direktoru TÜRKSOY-un baş ofisində keçirilən görüşdə iştirak edib
# 19 oktyabr 2010 11:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. TÜRKSOY-un baş ofisində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələri milli kitabxanalarının Ankarada keçirilmiş 3-cü toplantısında iştirak edən nümayəndə heyətləri ilə görüş keçirilib. Türk dövlətləri, habelə İran və Pakistandan gəlmiş nümayəndələrin qatıldığı görüşdə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib. Kitabxanadan APA-ya verilən məlumata görə, görüşdə çıxış edən TÜRKSOY-un baş direktoru Düsen Kaseinov bildirib ki, kitabxanalar hər bir toplumun maariflənməsində ən mühüm amildir: “Texnologiyanın inkişafı hər birimizin həyatında dəyişikliklər etsə də, kitabların yerini heç bir şey verə bilməz. TÜRKSOY türk dünyası ölkələrinin kitabxanalarının fəaliyyətinə, onların əməkdaşlığına dəstək verməyə hazırdır”.

Görüşdən sonra milli kitabxanaların direktorlarına xatirə hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR