Bank Of Baku

Bakıda “Muzeylərdə ekspozisiya işinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib

Bakıda “Muzeylərdə ekspozisiya işinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib
# 20 oktyabr 2010 10:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərdə ekspozisiya işinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin nümayəndələri, habelə bir sıra muzeylərin rəhbərləri və əməkdaşları iştirak edib.
Mövzu ətrafında “Azərbaycan mədəniyyətinin inkişafında muzeylərin rolu”, “Tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyasının təşkili xüsusiyyətləri”, “Ekspozisiyanın məzmunu və fond işinin təşkili”, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin ekspozisiyasında elmilik və tarixilik prinsipləri”, “Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni ekspozisiyası haqqında” və digər məruzələr dinlənilib.
Seminarın keçirilməsində əsas məqsəd muzeylərin ekspozisiya işində elmilik, tarixilik prinsipləri gözlənilərək ideya və məzmununa, ekspozisiya işinin təşkili xüsusiyyətlərinə dair yeni biliklərin əldə edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR