Bank Of Baku

Bakıda “Yeni adlar” caz layihəsi əsasında konsert keçirilib

Bakıda “Yeni adlar” caz layihəsi əsasında konsert keçirilib
# 22 oktyabr 2010 09:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 21-də Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində “Yeni adlar” caz layihəsi əsasında konsert təşkil olunub. APA-nın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzindəki konsertdə Azərbaycanın gənc pianoçuları Əfqan Rəsul və Elçin Şirinovun ifasında maraqlı caz kompozisiyaları səslənib. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva deyib ki, “Yeni adlar” caz layihəsinin məqsədi istedadlı gəncləri üzə çıxarmaq və böyük səhnədə ilk addımlarını atmaqda onlara yardım etməkdir.

Əfqan Rəsul 2004-cü ildə pianoçuların IV respublika müsabiqəsinin laureatı adını qazanıb. 2005-2006-cı illərdə Bakı Beynəlxalq Caz Festivallarında çıxış edib. Elçin Şirinov 2008-ci ilin dekabrından Bakı Caz Mərkəzində işləyir. Bir çox beynəlxalq caz festivallarının iştirakçısıdır.

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 23-də Heydər Əliyev Sarayında dünya şöhrətli musiqiçi Al Di Meola konsert proqramı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR