Bank Of Baku

Müslüm Maqomayev vəfatının ikinci ildönümündə anılıb

Müslüm Maqomayev vəfatının ikinci ildönümündə anılıb
# 25 oktyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayev vəfatının ikinci ildönümündə anılıb. APA-nın məlumatına görə, əvvəlcə sənətkarın Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Ziyarətdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Azərbaycana səfərə gələn Özbəkistan nümayəndə heyəti iştirak edib.

Daha sonra anım tədbiri Azərbaycan Bəstəkarlar İttifaqında davam etdirilib. İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə Müslüm Maqomayevin sağ ikən bu qurumun üzvü olmasından qürur duyduqlarını söyləyib: “O, dahi müğənni olmaqla yanaşı, həm də böyük bəstəkar idi. Məhz buna görə də 80-ci illərdə istisna olaraq Bəstəkarlar İttifaqına üzv seçilib. Müslüm Maqomayev insanlarla təmasda olmağı sevirdi və ömrünün sonuna qədər internetdə pərəstişkarları ilə yazışırdı”.

Tədbirdə Ruhəngiz Qasımova, Zemfira Qafarova, Həcər Babayeva və digərləri xatirələrini bölüşüblər. Tədbir M. Maqomayevin mahnılarının ifası ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR