Bank Of Baku

Muzey Mərkəzində “Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlimin açılışı keçirilib – FOTO

Muzey Mərkəzində “Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlimin açılışı  keçirilib – <font color=red>FOTO </font>
# 26 oktyabr 2010 10:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində “Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlimin açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, təlim respublikada aparılan mədəniyyət siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin düzgün işıqlandırılmasını təmin etmək, yerli jurnalistlərin hazırlıq səviyyəsinin artırılması məqsədi ilə həyata keçirilir. Nazir müavini qeyd edib ki, bu layihə ilk olsa da, son deyil və bu cür layihələrin davamlı təşkili nəzərdə tutulur.
Beynəlxalq təlimdə Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, əməkdar jurnalist Ramiz Əsgərov, Rusiyanın “Mədəniyyət” qəzetinin müxbiri İrina Kulik, Ümumrusiya Dövlət Teleradio kompaniyasının Mədəniyyət şöbəsinin müdiri Qulşat Baltayeva, Rumıniyanın “Mədəniyyət” milli radiosunun nümayəndələri Nataliya Polikrpova və Dorin Bitfoin Azərbaycanda bu cür beynəlxalq təlimin keçirilməsini yüksək qiymətləndiriblər.
R.Əsəgorv çıxışında Azərbaycan mədəniyyətinin qədimliyindən, özəlliklərindən söz açıb. O eyni zamanda Azərbaycan mədəniyyətinin ermənilər tərəfindən mənimsənilməsi məsələsinə də toxunub.

“Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim oktyabrın 27-də öz işini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR