Bank Of Baku

Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalı keçiriləcək

Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalı keçiriləcək
# 26 oktyabr 2010 11:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival çərçivəsində bəstəkarın kamera-instrumental və kamera-vokal əsərlərinin ifa olunacağı, gənc istedadların ifasında kamera konsertinin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasında dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun və Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında “Çanaqqala-1915” Oratoriyasının səsləndirilməsi, V. Adıgözəlovun yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş məruzələrdən ibarət konfrans, “Aldın payını, çağır dayını” tamaşasının nümayişi də planlaşdırılır. Bununla yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun “Natəvan” operasının (libretto – Nazim İbrahimov) nümayişi də təşkil olunacaq.

Oktyabrın 27-də başlayacaq musiqi festivalı 31-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR