Bank Of Baku

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir
# 26 oktyabr 2010 12:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Mərakeşə səfərə gedib. Heyətə Azərbaycan incəsənət ustalarının böyük qrupu daxildir. Noyabrın 1-dək davam edəcək Mədəniyyət Günləri çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsertlər və foto-sərgi təşkil ediləcək. Konsert proqramlarında Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Rəqs qrupu, solistlərdən xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov çıxış edəcək.

Qeyd edək ki, Mərakeşdə Azərbaycan Mədəniyyət Günlərinin təşkili iki ölkənin hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2008-ci il tarixli sazişə əsasən keçirilir. Mədəniyyət Günləri Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR