Bank Of Baku

Bakıda “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 27 oktyabr 2010 11:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə keçiriləcək konfrans öz işinə noyabrın 9-da başlayacaq. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulub. Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belarus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlər keçməsi planlaşdırılır.

Qeyd edək ki, noyabrın 10-da yekunlaşacaq beynəlxalq konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR