Bank Of Baku

Heydər Əliyev Sarayı Katya Lelin çıxışı ilə bağlı müraciət hazırlayıb

Heydər Əliyev Sarayı Katya Lelin çıxışı ilə bağlı müraciət hazırlayıb
# 27 oktyabr 2010 13:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Heydər Əliyev Sarayı digər xarici və daxili siyasi və sosial qurumlarla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi ilə işğalçılar tərəfindən bu cür təxribat yönlü hərəkətlərin qarşısını almaq üçün var-gücü ilə çalışır. Uzun illərdir ki, çoxsaylı ifaçı özünün xəbəri olmadan işğalçıların bu tipli maxinasiyalarının qurbanı olub və sonra Azərbaycan xalqına müraciət ünvanlayıblar”. APA-nın məlumatına görə, bu müraciəti Heydər Əliyev Sarayı ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində vaxtilə bir çox həmkarları ilə birgə konsert verən Katya Lelin bir neçə gün bundan əvvəl yerli mətbuata verdiyi müsahibəsində həmin əraziyə aldadılaraq aparıldığını və bundan peşmançılıq hissi keçirməsi ilə bağlı bildirdiklərinə münasibət olaraq hazırlayıb. Heydər Əliyev Sarayı tərəfindən hazırlanan müraciətdə Katya Lelin “Azərtac” Dövlət Agentliyinə verdiyi müsahibədə Azərbaycanın qara siyahısına düşməsinə təəssüfləndiyi də qeyd olunub: “O, həmin müsahibədə qorxmadan etiraf edib ki, onu ora aldadaraq qaçırıblar və onun vətəndaş hüququ pozulub. Heydər Əliyev Sarayı hər zaman mədəniyyətin bütün janrları üçün açıq olub. Əsas məqsəd yüksək mədəni dəyərləri, mədəni dialoqu qorumaq və orada özündən asılı olmayaraq edilən səhvlərin Azərbaycan xalqına məxsusdur ki, onu bağışlasın. Bütün bunlar onlara öz səhvlərini düzəltməyə və əfv olunmağa imkan yaradır”. Müraciətin sonunda qeyd olunub ki, son qərarı vermək sözsüz ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə olmalıdır.

Xatırladaq ki, rusiyalı sənətçilər xalq artisti Nadejda Babkina, Soso Pavliaşvili, Katya Lel, Valentina Leqkostupova, Aleksandr Peskov, İrina Otiyeva və “Çay vdvoyom” qrupu Azərbaycan respublikasının ayrılmaz və tərkib hissəsi olan Xankəndində olmuş və konsert proqramı ilə çıxış ediblər. Bu hərəkətlərinə görə, Azərbaycanın Mədəniyyət Nazirliyi 6 sentyabr 2004-cü il tarixli 302 saylı əmri ilə adları qeyd olunan sənətçilərin Azərbaycanda çıxışına qadağa qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR