Bank Of Baku

Xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş musiqi festivalının açılışı keçirilib

Xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş musiqi festivalının açılışı keçirilib
# 27 oktyabr 2010 16:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalının açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə mərhum bəstəkar Vasif Adığözəlovun həyat və yaradıcılığına qısa nəzər salıb. F. Əlizadə bildirib ki, o, uzun illər Vasif Adıgözəlovla sənət dostu olduqlarını və bərabər işlədiklərini qeyd edib. Bəstəkarın həm sənətkarlıq, həm də insanı cəhətdən çox müsbət keyfiyyətlərə malik olduğunu diqqətə çatdırıb.

Açılış mərasimində bəstəkarın kamera-instrumental və kamera-vokal əsərləri səslənib. Kamera konsertində əsərlər gənc istedadların ifasında təqdim olunub.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında dirijor - əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun və Azərbaycan Dövlət Xor Kapellası bədii rəhbər - xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında “Çanaqqala-1915” oratoriyasının səsləndirilməsi, V. Adıgözəlovun yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş məruzələrdən ibarət konfrans, “Aldın rayını, çağır dayını” tamaşasının göstərilməsi də planlaşdırılır. Bununla yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun “Natəvan” operasının (libretto – Nazim İbrahimov) nümayişi də təşkil olunacaq. Operanın quruluşçu rejissoru – Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov, dirijoru - əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur, baş rollarda əməkdar artist Zemfira İsmayılova (Natəvan), əməkdar artist, beynəlxalq müsabiqə laureatı Həsən Ənami (Xasay xan) çıxış edəcək. Musiqi festivalı oktyabrın 31-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR