Bank Of Baku

Azərbaycanın Macarıstandakı səfirliyində sərgi və konsert keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyində sərgi və konsert keçirilib
# 28 oktyabr 2010 10:20 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 27-də Azərbaycanın Macarıstan Respublikasındakı səfirliyinin sərgi zalında səfirlik və Anna Szaloky Qalereyasının birgə təşkilatçılığı ilə macar rəssamı Sabo Şipoş Barnabaşın rəsmlərindən ibarət sərgi təşkil olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Vilayət Quliyev qonaqları salamlayaraq bildirib ki, belə sərgilər iki xalqın mədəniyyətlərinin qarşılıqlı təbliği istiqamətində mühüm vasitədir. V. Quliyev belə tədbirlər üçün səfirliyin qapılarının hər zaman açıq olduğunu vurğulayıb.

Rəssam B. Şipoş isə sərginin keçirilməsində göstərdiyi dəstəyə görə səfirliyə öz təşəkkürünü bildirərək yaradıcılıq fəaliyyəti ilə bağlı qonaqlara qısa məlumat verib.

Daha sonra tədbir səfirliyin konsert zalında macar pianoçusu, beynəlxalq müsabiqələr laureatı Renata Konyiçkanın ifasında konsert proqramı ilə davam etdirilib.

Tədbirdə Macarıstanın ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun üzvləri və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR