Bank Of Baku

Folklorşünas Elxan Məmmədli aşıq sənəti ilə bağlı 600-dən artıq sənət nümunəsini təmənnasız olaraq Dövlət Səs Yazıları Arxivinə təqdim edib

Folklorşünas Elxan Məmmədli aşıq sənəti ilə bağlı 600-dən artıq sənət nümunəsini təmənnasız olaraq Dövlət Səs Yazıları Arxivinə təqdim edib
# 29 oktyabr 2010 09:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Filologiya elmləri namizədi, folklorşünas Elxan Məmmədli 600-dən artıq belə sənət nümunələrini təmənnasız olaraq Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinə təqdim edib. Bu barədə APA-ya Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətov məlumat verib. O bildirib ki, Elxan Məmmədlinin arxivə təqdim etdiyi sənət nümunələri aşıq sənətinə məxsusdur: “Elxan müəllim uzun illərdən bəri respublika televiziya və radio vasitəsilə aşıq sənətinə dair silsilə verilişlər hazırlayıb, aşıqsevərlərə ərməğan edib. Bu verilişlər demək olar ki, bütün Azərbaycan aşıqlarının, habelə Gürcüstan, Türkiyə və İran İslam Respublikasının saz, söz ustalarının həyat və yaradıcılığını özündə əks etdirən qiymətli audio-video sənədləridir. Bu günlərdə hörmətli alim əsl milli qeyrət göstərərək təmənnasız olaraq bu qiymətli sənət nümunələrini arxivimizə təqdim edib”. Y. Mədətov deyib ki, hazırda materiallar elmi-texniki cəhətdən işlənərək rəqəmsal formata keçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR