Bank Of Baku

Azərbaycan Ukraynada keçiriləcək kinofestivalda təmsil olunacaq

Azərbaycan Ukraynada keçiriləcək kinofestivalda təmsil olunacaq
# 29 oktyabr 2010 10:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukraynanın Xarkov şəhərində keçiriləcək İnsan Hüquqlarına həsr olunmuş IV Beynəlxalq “Pillər” Kinofestivalında Azərbaycan da təmsil olunacaq. Kinofestivalda Murad Muradovun rejissorluğu ilə çəkilən, Azərbaycan, Gürcüstan və “Internews”un birgə işi olan “Kənar” filmi festivalın müsabiqə bölməsinə daxil edilib. M. Muradovun APA-ya verdiyi məlumata görə, bu film Gürcüstanda “Ən yaxşı emosional film”, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı filmə görə” nominasiyalarında mükafat qazanıb. Eyni zamanda bu film “Azərbaycan ailəsi-2009”da ikinci yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR