Bank Of Baku

Tiflisdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi açılıb - FOTOSESSİYA

Tiflisdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 29 oktyabr 2010 16:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı İncəsənət Akademiyasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tiflis İncəsənət Akademiyasının təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Tiflis İncəsənət Akademiyasının rektoru Giorgi Buğadze, reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze çıxış ediblər. Sərgidə azərbaycanlı tələbələrin 50-yə yaxın rəsm əsərləri nümayiş etdirilib. Tələbələrdən Elşad Əhmədov, Gilan Əzizxanlı, Alyona Bandurina, Aysel Əmirova, Samirə Rəsulova, Coşqun İsmayılov və başqa gənc rəssam-tələbələrin əsərləri sərgiyə gələn qonaqların diqqətini cəlb edib.

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, "Bakıdan gələn gənc rəssamlar bir həftə Tiflisdə yaşayıblar və Gürcüstanın Tiflis və Msxeta, Saçxeri regionlarını gəzərək rəsm əsərləri yaradıblar. Biz planlaşdırdıq ki, onların rəsm əsərlərinin sərgisini keçirək. Bizi dəstəklədiyi üçün mən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Eldar Ömərova minnətdarlığımı bildirirəm. Biz istəyirik ki, bu ənənə davam etsin. Gürcüstanda yaşayan gənc nəsil Azərbaycanda gedən inkişafı görmürlər. Bizim məqsədimiz odur ki, gürcü və azərbaycanlı tələbələr bir-birini yaxşı tanısınlar. Ona görə, biz bu mübadiləni təşkil etdik. Ən əsası odur ki, gürcü tələbələri həftə ərzində gördülər ki, azərbaycanlı tələbələr çox istedadlıdırlar. Gələn ilin Novruz bayramında gürcü tələbələri də bir həftə Bakıda yaşayacaq, Azərbaycanın təbiətini gəzib rəsm əsərləri çəkəcəklər. Sonra onların rəsm əsərlərinin sərgisini keçirəcəyik".

Tiflis İncəsənət Akademiyasının rektoru Giorgi Buğadze APA-ya açıqlamasında sərgidə nümayiş etdirilən azərbaycanlı tələbələrin rəsm əsərlərini peşəkarcasına çəkdiyini bildirib: "Gözlərimə inanmıram ki, heç zaman Gürcüstanda olmayan tələbələr belə əsərlər yaradıblar. Onlar bizim landşaftı çox yaxşı təsəvvür edərək maraqlı əsərlər yarada biliblər. Bu onların peşəkarlığından xəbər verir. Bu ənənə davam edəcək. Ən başlıcası odur ki, gürcü və azərbaycanlı tələbələr bir-biri ilə yaxından tanış oldular. Bizim tələbələr gələn il mart ayında Bakıda olacaqlar. Bu yaradıcılıq ənənələri davam edəcək".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR