Bank Of Baku

Tiflisdə keçirilən MDB ölkələrinin ilk kino festivalında Azərbaycan da təmsil olunub

Tiflisdə keçirilən MDB ölkələrinin ilk kino festivalında Azərbaycan da təmsil olunub
# 02 noyabr 2010 12:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tiflisdə Rusiya və digər MDB ölkələrinin ilk kino festivalı keçirilib. APA-nın Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, festival MDB ölkələri Humanitar Əməkdaşlıq Dövlətlərarası Fondunun dəstəyi, Tiflis İncəsənət və Mədəniyyətlərarası Beynəlxalq Fondun və Moskvanın Kino Proses Prodüser Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Festivalın prezidenti kinorejissor Eldar Ryazanovdur. Rustaveli kinoteatrında keçirilən festivalda Azərbaycanı kinorejissor Vaqif Mustafayevin “Milli bomba” filmi təmsil edib.
Qeyd edək ki, festivala həsr olunmuş mətbuat konfransında digər rejissorlarla yanaşı Vaqif Mustafayev də iştirak edəcək. Festivalın nəticələri noyabrın 8-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR