Bank Of Baku

Şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində təlimlər keçirilib

Şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində təlimlər keçirilib
# 02 noyabr 2010 13:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində qısa müddətli təlimlər keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində keçirilən təlimlərdə respublikanın 20, Lənkəran şəhərində 14 , Gəncə şəhərində 23 şəhər və rayonun mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları iştirak ediblər. Təşkil olunmuş təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, məsləhətçi Samir Abbasov, Mədəniyyət Müəssisələri işçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov iştirak və çıxış ediblər. Təlimləri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri Nəzakət Rəhmanova, böyük metodist Ruhiyyə Namazova, baş metodist Aygün Hüseynova və aparıcı mühəndis-proqramçı Tural Qədirov aparıblar. Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə vəsiqələr təqdim olunub. Kitabxana rəhbərləri Nizami məqbərəsini, Mircəlal Paşayevin ev muzeyini, Şah Abbas, İmamzadə məscidlərini, Cavad Xan türbəsini, Tarix Diyarşünaslıq muzeylərini ziyarət edib, Cəfər Cabbarlı adına Gəncə şəhər Dram Teatrının aktyorlarının iştirakı ilə “Varlı qadın” tamaşasını izləyib və Gəncə Dövlət Kamera orkestrinin hazırladığı “Gəncə əfsanələr paytaxtıdır” adlı konsert proqramında iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR